Serbiya yığmasının sabiq futbolçusu Sinişa Mixayloviç vəfat edib.
“İki sahil” “Sport-Ekspress”ə istinadla xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mixayloviçə 2019-cu ildə leykemiya diaqnozu qoyulub. O, müalicə olunduğu müddət ərzində məşqçilik karyerasını davam etdirib.
Mixayloviç “Srvena Zvezda”, “Latsio” kimi klubların heyətində çıxış edib. O, karyerasını 2006-cı ildə “İnter”in heyətində başa vurub.
Mixayloviç “Fiorentina”, “Sampdoriya” klublarının baş məşqçi postunda çalışıb. Bu ilin sentyabr ayının əvvəlində isə üç mövsüm çalışdırdığı “Bolonya” klubundan ayrılıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar