Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi məlum olub.
“İki sahil” xəbər verir ki, Fransa və Argentina millilərinin yarışdığı final oyununun 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən Müssi hesabı açıb. 36-cı dəqiqədə isə Di Mariya fərqi iki topa çatdırıb.
Matçın 79-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Kilian Mbappe 82-ci dəqiqədə dubl edərək hesabı bərabərləşdirib.
90 dəqiqə bu hesabla başa çatıb.
Qarşılaşmanın 109-cu dəqiqəsində isə Messi fərqlənərək özünün ikinci, komandasının üçüncü qolunu vursa da görüşün 118-ci dəıqiqəsində Kilian Mbappe növbəti dəfə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Oyun bu hesabla da başa çatıb – 3-3.
Qalibin penaltilərlə məyyənləşdirildiyi mundialın qalibi Argentina olub.
Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.
18 dekabr
DÇ-2022, Final
19:00. Argentina 7–5 Fransa
Qollar: Lionel Messi, 13-pen.(1:0), Di Mariya, 36 (2:0), Kilian Mbappe, 80-pen. (2:1), 82 (2:2), Lionel Messi, 109 (3:2), Kilian Mbappe, 118-pen. (3:3)
Penaltilər seriyası
Argentina + + + +
Fransa + - - +
Baş Hakim: Şimon Marçinyak (Polşa)
"Lusail" stadionu
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda əlavə olunmuş vaxt da bərabərə başa çatıb – 3-3.
“İki sahil” xəbər verir ki, Argentina ilə Fransa arasında keçirilən görüşdə qalib penaltilərlə müəyyənləşəcək.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda Fransa yenidən hesabı bərabərləşdirib.
“İki sahil” xəbər verir ki, matçın 118-ci dəqiqəsində Kilian Mbapp ikinci dəfə penaltini dəqiq yerinə yetirərək bərabərlik qolunu vurub.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda Argentina yenidən hesabda önə çıxıb.
“İki sahil” xəbər verir ki, matçın 109-cu dəqiqəsində özünün ikinci, komandasının üçüncü qolunu vurub – 3-2.
***
Qətərdə keçirilən DÇ-2022-nin final qarşılaşmasında 90 dəqiqə 2-2 hesablı bərabərliklə başa çatıb.
“İki sahil” xəbər verir ki, görüşdə əlavə vaxt oynalılacaq.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda Fransa hesabı bərabərləşdirib.
“İki sahil” xəbər verir ki, matçın 79-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Kilian Mbappe 82-ci dəqiqədə özünün bə Fransa milli komandasının ikinci qolunu vurub.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda Argentina-Fransa qarşılaşmasında ikinci hissə başlayıb.
“İki sahil” xəbər verir ki, Argentinanın 2-0 üstünlüyü davam edir.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda Argentina-Fransa qarşılaşmasında birinci hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, Argentina 13-cü dəqiqədə Messinin, 36-cı dəqiqədə isə Di Mariyanın qolları ilə fasiləyə 2-0 üstün yollanıb.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda Argentina millisi Fransa üzərində üstünlüyünü iki topa çatdırıb.
“İki sahil” xəbər verir ki, Argentinanın ikinci qolunu oyunun 36-cı dəqiqəsində Di Mariya vurub.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən Messi hesabı açıb.
***
Qətərdə keçirilən DÇ-2022-nin final oyunu start götürüb.
“İki sahil” xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlir.
18 dekabr
DÇ-2022, Final
19:00. Argentina 3–3 Fransa
Qollar: Lionel Messi, 13-pen.(1:0), Di Mariya, 36 (2:0), Kilian Mbappe, 80-pen. (2:1), 82 (2:2), Lionel Messi, 109 (3:2), Kilian Mbappe, 118-pen. (3:3)
Baş Hakim: Şimon Marçinyak (Polşa)
"Lusail" stadionu