18 dekabr 2022 23:50
1196

Rusiyanın neft-qaz kondensat yatağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rusiyanın İrkutsk vilayətindəki neft-qaz kondensat yatağındakı qurğuda təxminən 400 kvadratmetr sahədə baş verən yanğın söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın dekabrın 18-də Markovskoye yatağında kompleks qaz emalı qurğusunda iş zamanı baş verib.

Yataqdan 2,5 km aralıda yerləşən Verxnemarkovo kəndinin başçısı Konstantin Vlasov TASS-a bildirib ki, ilkin məlumatlara görə, beş nəfər xəsarət alıb. Hadisə kəndin həyat səviyyəsinə təsir etməyib.

***

Rusiyanın İrkutsk vilayətindəki neft-qaz kondensat yatağındakı qurğu təxminən 1 min kvadratmetr sahədə yanır.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.