19 dekabr 2022 14:01
638

Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib 

Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.

“İki sahil” xəbər verir ki,  müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.