20 dekabr 2022 00:24
682

Xankəndi-Laçın yolundan yeni xəbər - Barrikada götürüldü, BTR aparıldı/VİDEO

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

“İki sahil” xəbər verir ki,  aksiyanın 8-ci günündə yeni hadisələr yaşanıb.

Belə ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı aradan götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-in də ərazidən aparıldığı bildirilir.

Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın yolundan Xankəndinə keçmək istəyən 5 yük maşını yoxlanmağa icazə verilmədiyindən geri qayıtdığı qeyd olunur.