Dünəndən etibarən əraziyə cəlb olunmuş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər müşahidə edilməkdədir.
Lakin etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar. Bu, bir daha göstərir ki, bu aksiya dinc xarakterlidir. Məqsəd sülhməramlılarla qarşıdurmaya getmək deyil. Aksiyanın əsas məqsədi Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.
AZƏRTAC
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib