20 dekabr 2022 17:57
716

Rusiyada qaz kəmərində partlayış olub, 3 nəfər ölüb - VİDEO

Rusiyadan Avropaya Ukrayna vasitəsi ilə qaz nəql olunan kəmərdə partlayış baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Çuvaşiya ərazisində qeydə alınıb.

Urenqoy-Pomarı-Ujqorod magistral ixrac qaz kəmərində baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.