Ağ Evdə Bayden və Zelenskinin ikitərəfli görüşü olub.
***
Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.
“İki sahil” xəbər verir ki, onu ABŞ prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb.

Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək. Bu, Zelenskinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra isə ilk səfəridir.