24 dekabr 2022 20:34
624

CAR-da partlayış baş verib

Cənubi Afrika Respublikasının Boksburq şəhərində qaz tankerində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Polisin məlumatına görə, yanacaq daşıyan yük maşını dəmir yolu körpüsünün altına keçərkən çənin üstü körpüyə çırpılıb və partlayış baş verib.

Məlumatda həmçinin qeyd olunur ki, insident nəticəsində ölənlərlə yanaşı, çoxlu sayda yaralılar da var, onların sayı müəyyənləşdirilir.

Oxu.Az