Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri - "Airbus 380" Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, aeroportun mətbuat xidmətindən bildirilib ki, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bu gün Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.
Qeyd edək ki, dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
Təyyarədə 356 sərnişin olub.