26 dekabr 2022 10:43
644

Pop ulduz Sərdar Ortaç tezliklə Bakıda

Türkiyəli müğənni 28-29 dekabr tarixlərində “Şazeli Sahne”-də sizlərlə !

“İki sahil” xəbər verir ki, sevilən müğənni Sərdar Ortaçın Bakı konsertinə sayılı günlər qalıb. 28-29 dekabr axşamı, iki günlük konsert proqramı ilə Sərdar Ortaç səhnədə çıxış edəcək.

Sənətçi xüsusi orkestrı və canlı ifası ilə birgə səhnə alacaq. Gecə boyu pop ifaçı şou proqramla “Şazeli Sahne”də sevilən hitləri ilə pərəstişkarları qarşısında olacaq. Məşhur bəstəkar - müğənni Sərdar Ortaç növbəti dəfə paytaxtımızda mahnılarını canlı səsləndirəcək.

Yeni il ərəfəsində bu unudulmaz gecəni Sərdar Ortaçla keçirin.