Rusiyanın Novosibirsk şəhərində yerləşən anbarda güclü yanğın qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya FHN məlumat xidməti bildirib.
Nazirlikdən verilən məlumata görə, yanğın 1800 kv. metrdən çox ərazini əhatə edib.
Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub. Daxil olan son məlumata görə, yanğın söndürülüb.
Ölən və xəsarət alanların olmadığı əlavə olunub.