27 dekabr 2022 10:40
674

“Selta”nın stadionunu sel basdı

İspaniyanın “Selta” klubunun ev oyunlarını keçirdiyi “Balaidos” stadionunu sel basıb.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Həmçinin oxuyun: Мадат Гулиев пришел на мероприятие с перевязанной рукой - Фото

Belə ki, güclü leysan yağışlarından sonra çayların daşması nəticəsində Viqo şəhərində müxtəlif obyektlərlə yanaşı, “Selta”nın stadionunu da su basıb. Məlumata görə, arenada ən çox rəsmi mağazaya, ofislərə, meydana aparan tunellərə və miks-zonaya ziyan dəyib.