Meray Kerinin “All I Want For Christmas Is You” (1994) mahnısı günün ən çox dinlənilən mahnısı rekordunu qırıb.
“Spotify”ın məlumatlarına əsasən, dekabrın 24-də trek 21 273 357 dəfə dinlənilib.
“İki sahil” xəbər verir ki, mahnı Adelin 20 milyona çatmayan “Easy On Me” mahnısının uğurunu üstələyib.
Bildirilb ki, bu nəticə ilk növbədə ABŞ auditoriyası tərəfindən təmin edilib.