27 dekabr 2022 17:15
1313

Taxta parçasından maşın düzəltdi - Atasının qızına hədiyyəsi/VİDEO

“YouTube”da paylaşılan video qısa zamanda sosial şəbəkənin gündəminə gəlib. Sosial şəbəkələrdə taxta əşyalarla bağlı videolara bir yeni video da əlavə olunub.  Bir atanın qızına hədiyyə olaraq taxtadan hazırladığı miniatür idman avtomobilinin videosu insanların marağına səbəb olub. Bir neçə sadə taxta parçası ilə işə başlayan adam bu avtomobili hazırlamaq  üçün 2,5 ay vaxt sərf edib.

Ata avtomobilin hazırlama prosesini “Youtube” sosial şəbəkə platformasında paylaşıb. Həmin anları yaxından izləmək imkanı təqdim edən video 190 mindən çox baxış toplayıb.
Videoda adamın bir neçə sadə taxta parçası ilə bu işə başladığı, daha sonra onları birləşdirdiyi və maşının döşəməsini düzəltmək üçün hamarladığı görünür. O,sonra isə daha böyük işlərə keçir.

1000W elektrik mühərriki isə taxta avtomobili lazımi güclə təmin edir. Başqa sözlə, maşın elektrik təməl üzərində qurulub. Avtomobilin önündə saxlama yeri də var.

Vüsal Cahanov, "İki sahil"