Çinin Henan əyalətində 200-dən çox avtomobilin iştirakı ilə qəza baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Məlumata görə, qəzaya səbəb qatı duman olub. Hadisə nəticəsində 1 nəfər həlak olub.
Bununla yanaşı, qəza uzun tıxacların yaranmasına səbəb olub.