31 dekabr 2022 13:40
543

Dövlət Gömrük Komitəsində "Açıq qapı" günü keçirilib

Dövlət Gömrük Komitəsində (DGK) "Açıq qapı" təşkil olunub.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilən tədbirdə gömrük əməkdaşlarının övladları valideynlərinin iş fəaliyyəti ilə tanış olub, dünyagörüşlərinin artırılması istiqamətində maarifləndirici proqramda iştirak ediblər.