Türkiyədə 65 yaşlı Necati A. kişi 60 yaşlı arvadı Mutlu Menekşeni öldürüb.
“İki sahil” xəbər verir ki, Manisanın Saruhanlı rayonunda daha əvvəl hər iki arvadını qətlə yetirdiyi üçün həbs edilən və kurunavirus tədbirləri ilə azadlığa buraxılan kişi üçüncü həyat yoldaşını öldürüb basdırdığı üçün həbs edilib. Qadının basdırıldığı çuxurun yanından əhəng torbaları tapılarkən, həmin şəxsin qətlləri 19 il fərqlə törətdiyi üzə çıxıb.
Belə ki, M.Menekşeni 2022-ci ilin dekabr ayının 30-da qətlə yetirən Necati A. 1983-cü ildə birinci həyat yoldaşı Əminə A.-nı, 2003-cü ildə isə ikinci həyat yoldaşı Fatma A.-nı öldürdüyü məlum olub.
Necati A.-nın sosial media hesabında davamlı olaraq katib paylaşdığı, 2 il kimi qısa müddətdə 20-yə yaxın qadını evinə apardığı və hamısının gördükləri şiddətdən qaçdığı da öyrənilib.