Həştərxan polisi küçədə yeni il bayramı ilə əlaqədar quraşdırılmış elektrikli qurğunu oğurlayanları saxlayıb.
“İki sahil” xəbər verir ki, yaxınlıqdakı kameralara baxan polis müəyyən edib ki, maral görünüşündə olan elektrik çələngini iki azyaşlı oğurlayıb. Məlum olub ki, təxminən 74 min rubl dəyərində olan bayram qurğusu əvvəllər də məhkum olunmuş 20 yaşlı oğlan və 17 yaşlı qız götürüb. Onlar şəhərdə gəzməyə çıxıblarmış.