Moskvanın şimal-şərqində yerləşən avtoservis anbarında yanğın baş verib.
“İki sahil” xəbər verir ki, Dmtirovskaya metro stansiyasının yaxınlığında baş verən yanğının sahəsi 2 min kvadratmetrə çatıb.
Yanğının baş verdiyi binanın damı çöküb.
Yaxınlıqda yerləşən binalardan 230 nəfər təxliyə olunub.