12 yanvar 2023 00:47
775

Maşını piyadaların üstünə sürdü VİDEO

Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaların üzərinə sürməsi ölümlə nəticələnib.

“İki sahil” xəbər verir ki,  Quançjou polisindən verilən açıqlamada, hadisə zamanı 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

Qəzadan sonra 22 yaşlı sürücünün nəzarətə alındığı və hadisə ilə bağlı istintaq başladıldığı deyilir.

Sürücünün qəsdən piyadaların arasına düşüb-düşmədiyi hələlik məlum olmasa da, qəza görüntülərində onun qəzadan sonra yoluna davam etdiyi görüntülənib.