12 yanvar 2023 11:31
830

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, bir qədər əvvəl RSK-yə məxsus 13 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.