Bakının “Neftçi” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib. Oyun "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin yeganə qolunu 15-ci dəqiqədə Ağadadaş Salyanski vurub.
Qeyd edək ki, Bakı klubu Antalyada ilk yoxlama matçında Macarıstanın “Vaşaş” komandası ilə heç-heçə edib - 1:1. Komanda yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək