16 yanvar 2023 10:50
524

Laçın-Xankəndi yolundan RSK-nın 16 maşını keçib - YENİLƏNİB/VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, RSK-nə məxsus 12 yük, 3 minik avtomobilindən ibarət karvan Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, RSK-ya məxsus minik avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.