16 yanvar 2023 12:12
569

“Arsenal” tarixinin ən yaxşı startı

Uğurlu çıxışlarını davam etdirən “Arsenal” daha bir ilkə imza atıb.

“İki sahil” xəbər verir ki, ötən gün London derbisində "Tottenhem"i məğlub edən (2:0) "topçular" xallarını 47-ə çatdırıb. 

Bu isə klubun tarixində ən yaxşı nəticədir. London təmsilçisi heç vaxt çempionatın ilk 18 oyununda 47 xal toplaya bilməmişdi.

Qeyd edəl ki, hazırda ilk pillədə qərarlaşan Mikel Artetanın komandası ən yaxşı izləyicisi "Mançester Siti"ni 8 xal qabaqlayır.