16 yanvar 2023 15:45
629

Qarabağ və Şərqi Zəngəzurda minadan təmizlənən ərazilərin sahəsi açıqlandı

Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə “İki sahil”ə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildiirlib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.