17 yanvar 2023 13:15
644

Nazirlik tərəfindən satışına başlanacaq mənzillərin onlayn alış qaydası açıqlanıb - VİDEO

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxı təqdim edirik: