17 yanvar 2023 13:46
535

Goranboyda qumbaraatan tapıldı- FOTO

Goranboyda qumbaraatan tapılıb.

Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torpaya bükülmüş 1 ədəd"RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.