18 yanvar 2023 15:20
602

Parlamentdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.