19 yanvar 2023 10:44
547

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçına RSK-nın 10 maşındn ibarət karvanı keçib.

***

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, bir qədər əvvəl Laçın-Xankəndi yolundan RSK-nın 4 maşınının maneəsiz keçidinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.