19 yanvar 2023 13:57
689

Tbilisdə Kikabidze ilə vida mərasimi yekunlaşır

Gürcüstanın paytaxtı Tbilisidə məşhur incəsənət xadimi Vaxtanq Kikabidze ilə vida mərasimi yekunlaşır.

“İki sahil” xəbər verir ki, Vaxtanq Kikabidzenin cənazəsi Tbilisidə Böyük Konsert Zalından çıxarılaraq dəfn ediləcək.

Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze yanvarın 15-də 84 yaşında vəfat edib.