19 yanvar 2023 15:16
629

MN: Ordumuzun atəşi ilə Ermənistan hərbçisinin yaralanması barədə məlumat yalandır

Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - MN-dən bildirilib.