19 yanvar 2023 20:26
640

ABŞ-ın Avropa Komandanlığının Müştərək İdarələrarası Mübarizə Mərkəzinin direktoru Bakıdadır

ABŞ Səfirliyinin Müdafiə məsələləri üzrə attaşesi, polkovnik Kon, Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının Müştərək İdarələrarası Mübarizə Mərkəzinin direktoru Kapitan Reyi Bakıda salamlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Onlar azərbaycanlı tərəfdaşları ilə sərhəd və dəniz təhlükəsizliyi sahələrinə dəstək məqsədilə təlim və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı müzakirə ediblər.