Bu gün futbol tarixinin 2 məşhur siması - Lionel Messi və Kriştiano Ronaldo üz-üzə gəliblər.
“İki sahil” xəbər verir ki, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü keçirilib.
Messi PSJ-nin, Ronaldo isə “Əl-Nəsr”in futbolçusu olaraq seçmə komandanın tərkibində meydana çıxıb. Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçirilən görüş PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Messi 1, Ronaldo 2 qol vurub.
Qeyd edək ki, bu görüş üçün PSJ 10 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir