BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
“İki sahil” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
“Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 33-cü ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini anmaq üçün Azərbaycan xalqı və hökumətinə qoşuluram".