Bu gün Şuşadan keçən Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“İki sahil” xəbər verir ki, səhər saatlarında Xankəndindən Laçın istiqamətində gedən BQXK-nın 5 minik avtomobili Xankəndi istiqamətinə geri qayıdıb.
Onlar qayıdarkən dərman vasitələrini Xankəndiyə aparıblar.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.