Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“İki sahil” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin yük maşınları Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 37-yə çatıb.
***
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
“İki sahil” xəbər verir ki, hazırda aksiya yerindən Laçından Xankəndi istiqamətinə 2 minik, 10 yük avtomobili keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
***
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
“İki sahil” xəbər verir ki, hazırda aksiya yerində Xankəndindən Laçın istiqamətinə 2 zirehli avtomobil keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
***
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
“İki sahil” xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətə istiqamətinə 3 minik avtomobili və 7 yük avtomobili keçib.