"Qara Yanvar faciəsi - Sovet qoşunlarının hücumu nəticəsində Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq".
“İki sahil” xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda tviterdəki paylaşımında qeyd edib.
Litva lideri vurğulayıb ki, sovet ordusunun Azərbaycan istiqlal hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı.
"Hazırda 33 ildən sonra Ukraynada eyni amansız cinayətlər törədilir. Onlar heç zaman uğur qazana bilməyəcəklər" - Nauseda bildirib.