24 yanvar 2023 11:18
380

Yanvarın 26-da bütün müavinət və təqaüdlər artımlarla ödəniləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.