25 yanvar 2023 08:13
175

Xırdalanda azyaşlını avtomobil vurub

Abşeron rayonu ərazisində yol qəzası zamanı 9 yaşlı uşağın ayağı sınıb.

“İki sahil” xəbər verir ki, AAAF Park yaşayış kompleksinin ərazisində 01-BE-067 dövlət nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsini idarə edən Soltanov Əvəz Əziz oğlu qarşısına çıxan 2014-cü il təvəllüdlü Əli Məmmədlini vurub. Azyaşlı sağ ayağın topuq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeton Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.