25 yanvar 2023 08:19
282

Bakıda qadın piyadanı avtomobil vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Mustafayeva Sevin Mehralı qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.