25 yanvar 2023 08:57
270

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

“İki sahil” xəbər verir ki,  avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.