25 yanvar 2023 09:30
266

Vətəndaşa qarşı 260 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Elsevər Həşimovun məhkəməsi başlayır.

“İki sahil” xəbər verir ki,  işin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, E.Həşimov zərərçəkmiş Mədəd Bayramovun 260 min dollarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. M.Bayramov hadisə ilə bağlı aidiyyatı qurumlara rəsmi qaydada müraciət edib və araşdırmalar aparılıb.

E.Həşimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddələri ittiham irəli sürülüb.