25 yanvar 2023 10:31
469

Səudiyyə Ərəbistanı Sərhəd Mühafizəsinin rəhbəri DSX-nın döyüş fəaliyyəti ilə tanış olub - FOTO

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "İki sahil"ə verilən məlumata görə, tərəflər arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Səfər müddətində qonaqlar Bakı şəhərində yerləşən tarixi-mədəni və memarlıq abidələrini ziyarət ediblər.

Yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsinin nümayəndə heyətinin səfəri başa çatıb.