25 yanvar 2023 10:52
469

Laçın-Xankəndi yolundan RSK-nın iki maşını keçib -  YENİLƏNİB/VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, bir qədər əvvəl Laçından Xankəndi istiqamətinə RSK-ya məxsus 2 yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

***

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, Xankəndindən Laçın istiqamətinə mülki avtomobil keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların kidinə şərait yaradıb.