25 yanvar 2023 17:10
445

Britaniyalı mütəxəssislər Azərbaycan Ordusunun zabitlərinə təlim keçir

Azərbaycan Silahlı Qüvvələrinin seçilmiş zabitlərinə minalardan təmizləmə sahəsində Böyük Britaniya mütəxəssisləri tərəfindən 2 həftəlik təlim keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində zabitlərə Partlayıcı Təhlükələrdən Məlumatlılıq ilə bağlı bir çox sahələrdə nəzəri və praktiki təlimlər keçiriləcək.