26 yanvar 2023 09:12
598

“Vəfasızlar unudulmur” - VİDEO

Xalq artisti Aygün Kazımova doğum günündə yenə adət-ənənəsinə sadiq qalıb.

“İki sahil” xəbər verir ki,  pop-diva yeni klipini sevənlərinin ixtiyarına verib.

“Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur.

Ekran işi Moskvada lentə alınıb. Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib. Ölkənin əsas ulduzu klipdə beş fərqli obrazda görüntülənib. 

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadını canlandırıb.