26 yanvar 2023 10:38
565

ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmənin genişləndirilməsini müzakirə etdi

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşüb.

Bu barədə “İki sahil”ə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə BMT İP ilə Agentliyin uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.