26 yanvar 2023 18:14
412

"Rep kralı" xərçəngin qurbanı oldu

"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.

“İki sahil” xəbər verir ki, uzun müddət prostat xərçəngindən əziyyət çəkən amerikalı reper Almaniyanın Visbaden şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, o,1990-cı ildə ilk "Rap To The World", bir il sonra isə Almaniya, Avstriya, Yeni Zelandiya və ABŞ-da hitə çevrilən "This Beat Is Hot" mahnısını təqdim edib. O, daha sonra "The Power of Rhythm" adlı ifası ilə yenidən öz rekordunu yeniləyib.

2000-ci illərin ortalarında Qrin musiqi fəaliyyətini dayandıraraq Almaniyada muzeydə işləməyə başlayıb.