28 yanvar 2023 12:47
349

Donald Gerye "Zirə"li oldu

"Zirə" haitili futbolçu Donald Geryenin transferini açıqlayıb.

Klubdan "İki sahil"ə verilən məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanıb.

Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib. O, daha əvvəl Azərbaycanda “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.